Azərbaycan paytaxtında torpaq sürüşməsi baş verib

Azərbaycan paytaxtında torpaq sürüşməsi baş verib
# 27 may 2015 09:58 (UTC +04:00)

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib. Ə. Piriyev bildirib ki, bu, lokal sürüşmə sahəsidir: “Torpaq sürüşməsinin baş verdiyi yamacın meyl bucağı 60 dərəcədir. Çox güman ki, vaxtilə yağan yağışın təsirindən yamac indi zəifləyib, dayanıqlığını itirib və həmin ərazi sürüşməyə məruz qalıb”.

Ə. Piriyev qeyd edib ki, sürüşmənin qalınlığı bir metrdir: “Torpaq sürüşməsi o qədər də böyük sahəni əhatə etmir. Bu, lokal sürüşmədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR