Bakı Ali Neft Məktəbinin Elmi Şurasının ilk iclası keçirilib - FOTO

Bakı Ali Neft Məktəbinin Elmi Şurasının ilk iclası keçirilib - <span style="color: red;">FOTO
# 01 iyun 2015 08:09 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının ilk iclası keçirilib.

BANM-dən APA-ya verilən məlumata görə, iclası Şuranın sədri, BANM-in rektoru Elmar Qasımov açıb. BANM-də Ali Məktəbin Elmi Şurasının yaradılmasının zərurətindən söz açan E.Qasımov, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qısa zaman ərzində ölkənin nüfuzlu ali məktəblərinin siyahısına daxil olduğunu bildirib. Yüksək səviyyəli, beynəlxalq standartlara uyğun təhsilin verildiyi BANM-də elmin inkişafından və elmi nailiyyətlərin tətbiqindən danışıb. O, deyib ki, hər bir ali məktəbdə təhsil və elm birgə vəhdətdə inkişaf etməlidir, elmi istiqamətdə müxtəlif kəşflər və nailiyyətlər olmalıdır. B

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu əlamətdar hadisə münasibəti ilə BANM-in rəhbərliyini, kollektivi, o cümlədən Elmi Şuranın üzvlərini təbrik edərək, Şuranın ilk iclasının işində uğurlar arzulayıb.

Sonra E.Qasımov iclasın gündəliyində olan məsələləri elan edib. Şura üzvləri arasında gündəlikdə olan məsələlər və gündəliyə əlavə məsələlər salınması üçün təkliflər ətrafında geniş müzakirələr aparılıb. BANM-in Elmi Şurası haqqında Əsasnaməsi və Qaydaları təsdiqlənib, həmçinin kadr təyinatı, Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanım Cəfərovanın “Mathematics-1” fənnindən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün tərtib etdiyi dərs vəsaitinin müzakirəsi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Yekunda müzakirə olunan məsələlər səsverməyə qoyulub və açıq səsvermə yolu ilə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR