Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin on faizində şagird sıxlığı var

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin on faizində şagird sıxlığı var
# 12 iyun 2018 09:59 (UTC +04:00)

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin yalnız on faizində şagird sıxlığı müşahidə olunur”.

APA-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, hazırda 31 məktəbdə sıxlıq var: “Bəzi ərazilərdə yeni tikilən məktəblərin sayəsində bu problemin həllinə nail olacağıq. 2018-2019-cu tədris ili üçün Bakı şəhərində uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq. Təəssüf ki, biz bunu hələlik bütün məktəblərdə həyata keçirə bilməyəcəyik.

Bunun da səbəbi bəzi məktəblərdə sıxlığın olması və məktəblərin iki növbəli fəaliyyət göstərməsidir.

Ümumiyyətlə, birinci sinfə qəbul məsələlərində ərazi prinsipinin tətbiq olunması bir çox halda şagird sıxlığının qarşısının alınmasına şərait yaradır. Çünki bəzən valideynlər evlərinin yaxınlığındakı məktəbi qoyub, uşağı arzu etdikləri məktəbə qoymaq üçün müraciət edirlər.

Bizim mövqeyimiz bundan ibarətdir ki, uşaqlar yaşadıqları ərazi üzrə məktəbdə təhsilə cəlb olunmalıdır, vakant yerlər qaldığı təqdirdə, valideynlərin istək və arzuları nəzərə alınaraq uşaqlar istədikləri məktəbə yerləşdirilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR