Bakı Təhsil İdarəsi: Bəzi məktəblərdə rus bölməsinin sayı Azərbaycan bölməsinə bərabərdir

Bakı Təhsil İdarəsi: Bəzi məktəblərdə rus bölməsinin sayı Azərbaycan bölməsinə bərabərdir
# 21 fevral 2018 10:54 (UTC +04:00)

"2018-2019-cu tədris ilində Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda lisey və gimnaziyaların I sinfə qəbulu imtahansız keçiriləcək".

APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri İlhamə Abdullayeva deyib.

O bildirib ki, Bakıda lisey və gimnaziyalara I sinfə qəbul zamanı ilk növbədə həmin müəssisənin xidməti ərazilərində yaşayan uşaqlar qəbul ediləcək.

İ. Abdullayeva Bakı məktəblərində rus bölməsinin az olması ilə bağlı iddialara da cavab verib. Onun sözlərinə görə, Bakıda elə məktəblər var ki, orada rus bölməsinin sayı Azərbaycan bölməsinə bərabərdir.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov qeyd edib ki, bu ildən Sumqayıt, Gəncə və Abşeronda məktəbəqədər hazırlıq qruplarına qəbulun elektron qaydada aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR