Bakıda Amerika Təhsil Sərgisi keçiriləcək

Bakıda Amerika Təhsil Sərgisi keçiriləcək
# 29 sentyabr 2014 12:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Oktyabrın 1-də ABŞ Dövlət Departamenti və ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda Amerika Təhsil Sərgisi keçirəcək.

Səfirlikdən APA-ya verilən məlumata görə, sərginin məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən ABŞ universitetlərinin nümayəndələri ilə görüşə, qonaqlara onları maraqlandıran suallarla müraciət edə biləcəklər. Yarmarkada 10 Amerika universiteti və digər ödənişsiz təhsil proqramları təmsil olunacaq.

Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcək, həmçinin yarmarka iştirakçılarını materiallarla və bukletlərlə təmin edəcəklər. Sərgidə ABŞ səfirliyinin nümayəndələri də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR