Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının üçüncü iclası keçirilib - FOTO

Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının üçüncü iclası keçirilib  - <span style="color: red;">FOTO
# 17 noyabr 2012 10:24 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının üçüncü iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Bürosunun direktoru Suzanna Cakab, BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Bürosunun direktoru Yan Dusik, Sloveniyanın səhiyyə naziri Tomas Gantar, Belarusun ətraf mühit naziri Vladimir Tsalko, Serbiya Səhiyyə Nazirliyinin dövlət katibi Vladimir Djukiç, Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Ətraf Mühitin İdarəçilik Ofisinin baş direktoru Mehmet Baş, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və digər nümayəndələr iştirak ediblər.

İclasda 2011-ci il Paris və 2012-ci ildə Bonn şəhərlərində keçirilmiş ilkin sessiyaların davamı olaraq həyata keçirilmiş məsələlər, ətraf mühit və səhiyyə üzrə Nazirlər Şurası tərəfindən irəli sürülmüş Avropa regionunda ətraf mühit və səhiyyə prioritetləri üçün yenilənmiş çərçivənin yaradılması ilə bağlı müzakirələr aparılıb.

İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla Əliyeva iştirak edərək İDEA (International Dialogue for Environmental Action - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası) və UNEP-in (United Nations Environment Programme - BMT-nin Ətraf Mühit Proqramı) əməkdaşlığı ilə reallaşdırılan “Yaşıl Həftə” layihəsinin nəticələrini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR