Bakıda beynəlxalq təhsil və karyera sərgiləri keçiriləcək

Bakıda beynəlxalq təhsil və karyera sərgiləri keçiriləcək
# 05 oktyabr 2017 10:33 (UTC +04:00)

Bakıda 11-ci Azərbaycan Beynəlxalq Təhsil və 11-ci Azərbaycan Beynəlxalq Karyera sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, mətbuat konfransında bildirilib ki, 6-8 oktyabr tarixlərində "Baku Expo Center"də Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçiriləcək. Sərgiyə 24 ölkədən 144 iştirakçı qatılacaq. Sərginin “Xaricdə təhsil” sektoru çərçivəsində ABŞ, BƏƏ, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələr universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edəcəklər.

Sərgidə Təhsil Nazirliyi tərəfindən son illərdə həyata keçirilən yen layihələr və mövcud təhsil imkanları təqdim olunacaq.

Sərgidə ümumilikdə Azərbaycanın 17 ali təhsil müəssisəsi sərgidə iştirak edəcək.

Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq.

Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək.

Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən 11-ci Azərbaycan Beynəlxalq Karyera sərgisində “Azərsun”, Azərcell, “Gilan Holdinq” və “Veysəloğlu Qrup” ziyarətçilərə təcrübə proqramları və vakansiyaları təqdim edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR