Bakıda gənc alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası keçirilir - FOTO

Bakıda gənc alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası keçirilir - <span style="color: red;">FOTO
# 16 sentyabr 2013 12:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda gənc alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası işə başlayıb. APA-nın xəbərinə görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarmarka sentyabrın 20-dək davam edəcək.

Gənc alimlərin III Respublika İnnovativ İdeya Yarmarkasında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ölkədə gənclərin, xüsusilə gənc alimlərin sosial şəraitini yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Onun sözlərinə görə, ölkədə elmin inkişaf etdirilərək gələcək nəsillərə çatdırılmasını istəyiriksə, gənclərin elm sahəsinə gəlməsini təmin etməli və onlar üçün müvafiq şəraitlər yaradılmalıdır.

Qeyd edək ki, tədbir çərçivəsində “Davamlı innovativ inkişafın elmi-strateji əsasları gənc alimlərin tədqiqatlarında”, “Elmi gəncliyə sərmayə - gələcəyə sərmayə: gənc alimlərin yeni elmi-innovativ işlərinin təqdimatları”, “Azərbaycan elmində innovativ inkişafın müasir göstəriciləri - gənc alimlərin baxışları”, “Humanitar elmlərdə innovasiya” mövzularında konfrans, seminar, elmi-innovativ işlərin təqdimatlarının keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR