Bakıda məşhur rumıniyalı heykəltaraşın işlərindən ibarət foto-sərgi təşkil olunub

Bakıda məşhur rumıniyalı heykəltaraşın işlərindən ibarət foto-sərgi təşkil olunub
# 15 yanvar 2018 09:15 (UTC +04:00)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müasir heykəltaraşlığın atası kimi tanınan məşhur rumın heykəltaraşı Konstantin Brankuzinin işlərindən ibarət foto-sərgi təşkil olunub.

APA-nın xəbərinə görə, sərginin açılış mərasimində çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku bildirib ki, hər il 15 yanvar günü rumıniyalılar milli mədəniyyət günlərini qeyd edirlər. Həmin gün dahi rumın şairi Mihai Eminesku anadan olub. Bu gün münasibətilə "Konstantin Brankuzi -Zaman üzərində tağ" adlı fotosərgi təşkil olunub.

Səfir deyib ki, sərgidə heykəltəraşın ən məşhur işləri arasından seçilmiş 25-ə yaxın əsər nümayiş olunur.

Sərginin əsas məqsədi Azərbaycan və Rumıniya arasındakı mədəni əlaqələri möhkəmləndirmək və daha da inkişaf etdirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR