Bakıda məşhur ürək cərrahının iştirakı ilə tədbir keçiriləcək

Bakıda məşhur ürək cərrahının iştirakı ilə tədbir keçiriləcək
# 26 sentyabr 2014 10:27 (UTC +04:00)

Bakı-APA. Dünyanın ən məşhur ürək cərrahlarından biri Ottavio Alfieri Bakıya gəlib.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasından (AÜSA) APA-ya verilən məlumata görə, səfər sabah Respublika Diaqnostika Mərkəzində (RDM) keçiriləcək “Mitral qapaq təmiri kursu”nda iştirakla bağlıdır.

Kursun təşkilatçısı, AÜSA-nın sədri, kardiocərrah Rəşad Mahmudovun sözlərinə görə, kurs Azərbaycanda son illərdə geniş inkişaf etmiş ürək-damar cərrahiyyəsinin spesifik bir sahəsi olan qapaq xəstəliklərinə həsr olunub. Kursda Almaniya, İtaliya, Türkiyə və Azərbaycandan yüksək ixtisaslı mütəxəssislər iştirak edəcək.

Qapaq xəstəliklərinə dair 2014-cü ildə dünyada qəbul olunmuş yeni tövsiyələr, cərrahi və intervensiyon müdaxilələr kursun əsas müzakirə mövzusunu təşkil edəcək: “Ümidvaram ki, bu kimi tədbirlər inkişaf etməkdə olan səhiyyəmizə növbəti töhfəsini verəcək”.

Kurs sonunda yerli mütəxəssislərə sertifikat təqdim olunacaq.

Qeyd olunub ki, RDM-də keçiriləcək tədbirdə Ottavio Alfieri ilə yanaşı Azərbaycanın tanınmış kardiocərrah və kardioloqlarının çıxışları olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR