Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edilib

Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edilib
# 09 may 2017 19:19 (UTC +04:00)

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və Daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. Heydər Əliyev Fondundan APA-ya verilən xəbərə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində keçirilən budəfəki tədbirdə Bakının 1, 2 və 3 saylı uşaq evlərində təlim-tərbiyə alan, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan 200-dən çox uşaq iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar üçün müxtəlif müsabiqələr keçirilib, fərqlənən itirakçılara hədiyyələr təqdim olunub.

Tədbirdə incəsənət ustaları çıxış edib, şoular təqdim edilib.

Uşaqlar da hazırladıqları proqramları təqdim edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbir iştirakçıları ilə birgə rəqs edib və onlarla xatirə şəkilləri çəkdirib.

Şənliyin sonunda bütün uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR