Bakının bəzi müəllimləri üçün Sınaq Qiymətləndirilməsi keçiriləcək

Bakının bəzi müəllimləri üçün Sınaq Qiymətləndirilməsi keçiriləcək
# 16 sentyabr 2014 09:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi keçirilib.

BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, üzrlü səbəblərə görə qiymətləndirilmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün sentyabrın 20-də Sınaq Qiymətləndirilməsi keçirilməsi nəzərdə tutulub.

Artıq bu həftədən başlayaraq Sınaq Qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil müəssisələrinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcək. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaqdır.

Qeyd edək ki, qiymətləndirilmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR