Balakəndə əmək yarmarkası keçirilib

Balakəndə əmək yarmarkası keçirilib
# 11 sentyabr 2014 11:54 (UTC +04:00)

Balakən. Vüqar Heydərov – APA. Balakən şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin tədbirlər planına müvafiq olaraq növbəti əmək yarmarkası keçirilib.

Balakən Rayon Məşğulluq Mərkəzindən APA-nın yerli bürosuna verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd rayonda olan əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin edilməsinə kömək göstərmək olub.

Yarmarkada iştirak edən vətəndaşlara 13 müəssisə, idarə, təşkilat və fiziki şəxs tərəfindən 160 vakant iş yeri təqdim olunub. Əmək yarmarkasında iştirak edən işaxtaran və işsiz vətəndaşlardan 81 nəfərinə işəgöndəriş vərəqəsi verilib. 8 nəfər ictimai işlərə 24 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Qeyd edək ki, 2014-cü ilin cari dövrü ərzində Mərkəz tərəfindən 150 nəfərə yaxın işaxtaran vətəndaş müvafiq işlərlə təmin olunub. 100 nəfər peşə hazırlığı kurslarına, 10 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR