Baş mama-ginekoloq: "Evdə doğuş hallarının sayı çox azdır"

Baş mama-ginekoloq: "Evdə doğuş hallarının sayı çox azdır"
# 23 fevral 2018 15:34 (UTC +04:00)

“Evdə doğuşlar əlbəttə ki, baş verir”.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bunu Şəkidə təşkil edilmiş və ölkə üzrə əhalinin tibbi müayinələrdən keçirilməsinə həsr olunmuş regional mətbuat konfransında iştirak edən Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib. “Bu, elə bir problemdir ki, çox vaxt əhalinin bilməməzliyindən və yaxud şəraitdən asılı olur. Məsələn, ucqar kəndlərdən hava şəraiti ilə əlaqədar rayon mərkəzlərinə gəlib tibb müəssisəsinə müraciət etmək problematik olur. Amma evdə doğuşların sayı çox aşağıdır. Yəni dünyada olan rəqəmlər çərçivəsindədir. Ona görə də bu, bizim ölkəmiz üçün böyük bir problem deyil”, - deyə S. Məmmədova söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR