Bədən Tərbiyəsi və İdman Akademiyasında imtahanlar ilk dəfə onlayn keçiriləcək

Bədən Tərbiyəsi və İdman Akademiyasında imtahanlar ilk dəfə onlayn keçiriləcək
# 18 may 2016 12:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 30 maydan etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaz sessiyası başlayacaq.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan sessiyasında biliyin qiymətləndirilməsinin şəffaflığını təmin etmək məqsədilə akademiyanın tarixində ilk dəfə olaraq imtahanlar onlayn test formatında keçiriləcək. Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında son İKT tələblərinə uyğun avadanlıq, proqram təminatı və yüksəksürətli internet xətti ilə təmin edilmiş xüsusi auditoriya yaradılıb. Bununla yanaşı, bütün fənlər üzrə sual bankı hazırlanıb.

 

Tələbələrin imtahana hazırlığını təmin etmək üçün hazırda onlayn test formatında sınaq imtahanları keçirilir. Sınaq imtahanlarında bütün tələbələr iştirak edirlər. Qeyd olunub ki, sessiya zamanı imtahanların şəffaf və qərəzsiz keçilməsinə əmin olmaq üçün tələbələrin valideynləri də bütün imtahan prosesini müşahidə etmək imkanını əldə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR