Bəhram Xəlilov: “Azərbaycanın dövlət qulluğu sahəsində əsas problem şəffaflığın təmin edilməsidir”

Bəhram Xəlilov: “Azərbaycanın dövlət qulluğu sahəsində əsas problem şəffaflığın təmin edilməsidir”
# 20 iyun 2013 09:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanın dövlət qulluğu sahəsində əsas problem şəffaflığın təmin edilməsidir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, dövlət qulluğunda şəffaflıq nə qədər çox olarsa, korrupsiyaya az yer qalar.

B.Xəlilov qeyd edib ki, bütün dövlət orqanlarında informasiya üzrə məsul şəxslər təyin olunub və istənilən vaxt vətəndaş cəmiyyətinin üzvləri dövlət orqanlarının fəaliyyəti barədə məlumatları qanunvericiliyə uyğun olaraq əldə edə bilərlər: “Bundan əlavə, problemlərdən biri də dövlət qulluqçularının daim təkmilləşməsidir. İlk növbədə dövlət qulluqçuları yeni yaranan münasibətlərə uyğun olmalıdırlar. Bizim əsas vəzifəmiz dövlət qulluğuna peşəkar, yüksək potensiallı gəncləri cəlb etməkdir. Bunu artıq bir neçə ildir müsabiqələr əsasında həyata keçiririk. Bu sahədə olan təcrübəmizlə də bir çox ölkələr maraqlanır. Amma bununla kifayətlənməyərək işlərimizi davam etdirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR