Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri Azərbaycanda rəsmi səfərdə olub - FOTOSESSİYA

Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri Azərbaycanda rəsmi səfərdə olub - <span style="color: red;">FOTOSESSİYA
# 14 avqust 2013 15:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Valeri Vakulçik avqustun 14-də Azərbaycanda rəsmi səfərdə olub. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, əvvəlcə belaruslu qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılın, onun məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi də yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bundan sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov həmkarı Valeri Vakulçiki qəbul edib. Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılıb, xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivləri müzakirə olunub.

E. Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə qonağa ətraflı məlumat verib.

Göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirən Valeri Vakulçik, səfərindən xoş təəssüratlar aldığını söyləyib. Qonaq Belarus və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını və keçirilmiş görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini vurğulayıb.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR