Biləsuvarda iribuynuzlu heyvanlar tələf olur

Biləsuvarda iribuynuzlu heyvanlar tələf olur
# 29 yanvar 2018 13:39 (UTC +04:00)

Biləsuvar rayonunda müvəqqəti məskunlaşmış Cəbrayıl sakininin təsərrüfatında 7 baş iribuynuzlu cins heyvan tələf olub.

APA-nın cənub bürosunun məlumatına görə, heyvanlar arasında tələfat 4 saylı Cəbrayıl rayon məcburi köçkün qəsəbəsində qeydə alınıb. Adı çəkilən qəsəbədə yaşayan Alim Cavadova məxsus iribuynuzlu cins heyvanlar arasında ilk ölüm halı bu ayın əvvəlində baş verib. Onun sözlərinə görə, heyvanlar zəifləyir, ayaqları tutulur, yemdən kəsildikdən sonra isə tələf olur. İndiyədək aparılan müayinə və müalicə isə fayda verməyib.

Son 20 gündə Amil Cavadova məxsus təsərrüfatda 7 baş iribuynuzlu heyvan tələf olub. Digər heyvanlar isə təhlükə altında qalıb.

Hadisə baş verən təsərrüfata mütəxəssislər cəlb olunub. Ölü heyvanlar yarılaraq nümunələr götürülüb. Sağlam heyvanlardan isə qan nümunələri alınıb.

Hazırda heyvandarlıq təsərrüfatı nəzarətə götürülüb. İlkin diaqnoz kimi heyvanların zəhərlənmədən öldüyü ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR