Biləsuvarda tikilmiş yeni xəstəxana binası Səhiyyə Nazirliyinin balansına verilib

Biləsuvarda tikilmiş yeni xəstəxana binası Səhiyyə Nazirliyinin balansına verilib
# 15 iyul 2014 08:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mərkəzi Bankın maliyyə yardımı ilə Biləsuvarda tikilmiş ikimərtəbəli xəstəxana binası Səhiyyə Nazirliyinin balansına verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tikiliş və dizaynına görə seçilən yeni klinikanın nazirliyin balansına verilməsi yerli əhali üçün böyük hədiyyə kimi qiymətləndirilib. Belə ki, 2013-cü ilin sentyabr ayından Biləsuvar Rayon Mərkəzi Xəstəxanası təmirə bağlandığından rayon əhalisi müəyyən çətinliklərlə üzləşib. Bu da öz növbəsində müəyyən vaxt itkisinə səbəb olub.

Qısa vaxt ərzində Səhiyyə Nazirliyi xəstəxananı müasir tələblərə cavab verən lazımi tibbi avadanlıq və ləvazimatlarla tam təmin edib. Hazırda hər cür müasir avadanlıqlarla təchiz edilmiş 38 çarpayılıq yeni xəstəxana rayon sakinlərinin tələbatını ödəyir. Xəstəxanada uşaq poliklinikası, uşaq stasionar və doğum şöbələri fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR