Bilik Fondu “Hamı teatra” adlı sosial aksiya keçirib

Bilik Fondu “Hamı teatra” adlı sosial aksiya keçirib
# 24 fevral 2015 20:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bilik Fondu “Hamı teatra” adlı sosial aksiya keçirib. Fonddan APA-ya verilən məlumata görə, teatrlar mütəmadi olaraq qurumun əməkdaşlarını tamaşalara dəvət edirlər: “Həm əməkdaşlarımız, həm də könüllülərimiz teatrların qonağı olurlar. Artıq növbəti dəvət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından gəlib. İnsanları teatrın repertuarındakı Afaq Məsudun "Qatarın altına atılan qadın" və Hüseynbala Mirələmovun "Xəcalət" pyeslərinə dəvət edəcəyik. Dəvətnamələr təsadüfi adamlara veriləcək”.

Fonddan əlavə ediblər ki, dəvətnamə alanların teatra münasibəti bir daha monitorinq ediləcək və tamaşaya gələnlər mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR