Binəqədi RİH başçısının səyyar qəbulu keçirilib

Binəqədi RİH başçısının səyyar qəbulu keçirilib
# 20 iyun 2018 10:01 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyevin Xocəsən sakinləri ilə səyyar qəbulu keçirilib.

Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edib.

Sakinlər ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR