Bölgələrdəki təhsil müəssisələrində uşaqların qidalanmasına nəzarət artırılacaq - VİDEO

Bölgələrdəki təhsil müəssisələrində uşaqların qidalanmasına nəzarət artırılacaq - <span style="color: red;">VİDEO
# 19 avqust 2013 16:45 (UTC +04:00)

Yevlax. Teymur Zahidoğlu - APA. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Yevlax Ərazi İdarəsində təhsil müəssisələrində uşaqların qidalanması ilə bağlı seminar-müşavirə keçirilib. İdarənin əhatə etdiyi 12 rayonun icra hakimiyyətlərinin, təhsil şöbələrinin əməkdaşlarının iştirakı ilə qarşıdan gələn təhsil ilində məktəb və məktəbəqədər təhsil müəssisələrində uşaqların standartlara uyğun qidalanması müzakirə olunub.

Komitənin Texniki tənzimləmə və standartlaşdırma üzrə Dövlət Nəzarət Xidmətinin Yevlax ərazi idarəsinin rəisi Saleh Rüstəmov müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, bu ildən etibarən komitə tərəfindən məktəb və digər təhsil müəssisələrində uşaqların qidalandırılması ciddi nəzarət altında saxlanacaq. Bunun üçün komitə əməkdaşları bu kimi müəssisə rəhbərlərinə tövsiyə edir ki, başçılıq etdikləri qurumların mətbəx və bufetlərinə mənşəyi məlum olmayan, standartlara uyğun gəlməyən qida məhsullarının gətirilməsinə imkan verməsinlər.

S. Rüstəmov onu da bildirib ki, məktəb və məktəbəqədər təhsil müəssisələrində uşaqların hansı kalori və qida növləri ilə qidalandırılması ölkənin aparıcı qurumları və mütəxəssisləri tərəfindən razılaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR