Borçalı aşığı Məhəmməd Sadaxlı torpağa tapşırılıb

Borçalı aşığı Məhəmməd Sadaxlı torpağa tapşırılıb
# 26 mart 2016 17:19 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün görkəmli Borçalı aşığı, ustad sənətkar Məhəmməd Sadaxlı torpağa tapşırılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görkəmli aşığın vida mərasimində çıxış edənlər Məhəmməd Sadaxlının Borçalıda, eləcə də türk dünyasında məşhur bir aşıq olduğunu vurğulayıblar. Mərasimdə onun 55 il saz sənəti ilə məşğul olduğu vurğulanıb və onun aşıqlıq sənətində əldə etdiyi mükafatlar sərgilənib.

Qeyd edək ki, aşıq Məhəmməd Sadaxlı 1930-cu ildə Marneuli rayonunun Mollaoğlu kəndində anadan olub. Aşıq Məhəmməd Sadaxlı Azərbaycan folklorunu, xüsusilə dastanlarımızın bilicisi olub. Onun ifa etdiyi 10-dan çox məşhur dastan ifaları folklorşünas alimlərimiz tərəfindən lentə yazılıb. O, dəfələrlə Türkiyəyə səfər edib, aşıq sənətini təbliğ edib, şəyirdlər yetişdirib.

Aşıq Məhəmməd Sadaxlı, həmçinin məzmunlu qoşmalar müəllifi kimi el içində şair-aşıq kimi məşhur olub. Onun 4 kitabında nəşr olunan şeirləri, qoşmaları, gəraylı və təcnisləri oxucuların rəğbətini qazanıb.

Aşığın Gürcüstanda Azərbaycan səfirliyinin dəstəyi ilə 80 və 85 illik yubileyləri də keçirilib və aşıq "Şərəf" ordeninə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR