Bu gün Azərbaycanın 18 rayonunda buraxılış imtahanları keçirilir

Bu gün Azərbaycanın 18 rayonunda buraxılış imtahanları keçirilir
# 07 iyun 2013 06:49 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaq. Bu gün orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb. İmtahanda 32121 nəfər IX sinif şagirdinin (Naxçıvan MR-də 4375, İmişlidə 1734, Ağcabədidə 2101, Ağdamda 1369, Saatlıda 1354, Sabirabadda 2803, Füzulidə 807, Beyləqanda 1353, Xocavənddə 61, Lənkəranda 2522, Astarada 1428, Masallıda 2554, Lerikdə 850, Yardımlıda 1037, Cəlilabadda 2871, Salyanda 1889, Neftçalada 1013, Biləsuvarda 1754, C. Naxçıvaniski adına hərbi liseydə 246) iştirakı nəzərdə tutulub. İmtahanın (9-cu sinif) idarə olunması üçün 2823 nəzarətçi-müəllim ayrılıb.

Bu gün orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb. İmtahanda 23835 nəfər XI sinif şagirdinin (Naxçıvan MR-də 4406, İmişlidə 1387, Ağcabədidə 1600, Ağdamda 812, Saatlıda 829, Sabirabadda 2094, Füzulidə 643, Beyləqanda 901, Xocavənddə 39, Lənkəranda 1780, Astarada 999, Masallıda 1632, Lerikdə 497, Yardımlıda 731, Cəlilabadda 2012, Salyanda 1171, Neftçalada 733, Biləsuvarda 1149, C. Naxçıvaniski adına hərbi liseydə 240) iştirakı nəzərdə tutulub. İmtahanın (11-ci sinif) idarə edilməsi 1812 nəzarətçi-müəllim ayrılıb. Hər iki imtahana ümumilikdə 224 imtahan rəhbəri cəlb edilib.

Buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR