Bu gündən Azərbaycanda “Təmiz hava” aylığı başlayır - FOTO - VİDEO

Bu gündən Azərbaycanda “Təmiz hava” aylığı başlayır - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 avqust 2013 09:50 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ictimai birliyin sədri Elməddin Muradlı bildirib ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili” adlı layihə həyata keçirilir: “Dörd ay müddətində həyata keçirilən layihə çərçivəsində 3 orta məktəbdə yol hərəkətində maarifləndirmə mövzusunda tədbir keçirilib, bir tədbirə isə dəstək verilib” .

Daha sonra tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələrin bölməsinin rəisi Vaqif Əsədov çıxış edib. V. Əsədov hər il avqustun 1-də “Təmiz hava” aylığına start verildiyini bildirib: “Bu il də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqust ayının 1-dən 31-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirəcək. “Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır”.

V. Əsədov bildirib ki, avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verilməlidir: “Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

Yol hərəkəti eksperti Ərşad Hüseynov və digərləri çıxışlarında bu cür tədbirlərin keçirilməsinin vacib olduğunu bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR