Bu il Azərbaycanda 45 min kubmetr həcmində odun tədarük olunacaq

Bu il Azərbaycanda 45 min kubmetr həcmində odun tədarük olunacaq
# 03 sentyabr 2014 13:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il Azərbaycanda 45 min m/kub həcmində oduncaq tədarük olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov APA-ya açıqlamasında deyib ki, odun tədarükü qurumuş ağacların hesabına aparılacaq.

Onun sözlərinə görə, hazırda Azərbaycanın təxminən 80 faizi qazlaşdırılıb: “Amma buna baxmayaraq, ucqar, qaz çəkilməsi mümkün olmayan kəndlərin, eyni zamanda hərbi hissələr, səhiyyə və təhsil müəssisələri üçün oduncaq tədarükü nəzərdə tutulub. Cari ildə qurumuş ağacların hesabına 45 min kubmetr həcmində oduncaq tədarük olunacaq. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bu proses dekabrın sonuna kimi davam edəcək. Sifarişdən asılı olaraq bizim limit çərçivəsində bu işlər aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR