Bu il Azərbaycanda 700-dən çox insan qidadan zəhərlənib

Bu il Azərbaycanda 700-dən çox insan qidadan zəhərlənib
# 10 sentyabr 2014 13:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il ərzində Azərbaycanda əhali arasında baş verən qida zəhərlənmələrinin statistikası açıqlanıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, ötən müddət ərzində əhali arasında 619 qida zəhərlənməsi hadisəsi baş verib.

Zəhərlənmə nəticəsində 722 nəfər zərər çəkib. Ötən 8 ay ərzində 13 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 19 nəfər zərər çəkib.

Bu ilin təkcə avqust ayında Azərbaycanda əhali arasında 98 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 145 nəfər zərər çəkib.

Ötən ay botulizmdən zəhərlənmə qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR