APA-nın məlumatına görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov ASAİF-in “XI Yay Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, xaricdə təhsil aldıqdan sonra vətənə qayıdan məzunlar cəmiyyətə tam inteqrasiya olmalıdır: “Əvvəllər təhsil almaq üçün xaricə göndərilən məzunlarla birlikdə görüş keçirilirdi. Artıq onlarla tək-tək görüşlər keçiriləcək. Onlar vətənə döndükdən sonra istər dövlət, istərsə də özəl sektorda işlə təmin olunurlar”.