Bu il Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri üçün 1,5 milyard manat ayrılıb

Bu il Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri üçün 1,5 milyard manat ayrılıb
# 13 mart 2013 08:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. 2013-cü il dövlət büdcəsində təhsil xərclərinin xüsusi payı 7,7% olmaqla 1 530 482,6 min manat nəzərdə tutulub ki, bu da 2012-ci illə müqayisədə 18 945 24 min manat və ya 1,3% çoxdur.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2013-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial iqtisadi inkişaf konsepsiyasına görə təhsilin bütün pillələrində maddi-texniki bazanın gücləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, təhsil sahəsində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, Boloniya prosesindən irəli gələn tədbirlərin həyata keçirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, o cümlədən neft və qaz gəlirləri hesabına xarici ölkələrdə təhsil almaq imkanlarının genişləndirilməsi növbəti illərdə əsas prioritetləri təşkil edəcək.

2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulan təhsil xərclərinin 145.799.924,0 manatı məktəbəqədər və ibtidai təhsilə (9,5%), 798.825.898,0 manatı natamam və orta təhsilə (52.2%), 53.122.604,0 manatı internat və xüsusi məktəblərə (3.5%), 5.771.304,0 manatı təhsil sahəsində tətbiqi tədqiqatlarına (0.4), 388.728.758,0 manatı isə təhsil sahəsində digər xidmətlərə (25.4%) ayrılacaq. Növbəti ildə birbaşa Təhsil Nazirliyinə “Təhsil” bölməsi üzrə 363.025,3 min manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da təhsil xərclərinin 23,7 faizini təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR