Bu il keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlərin siyahısı təsdiq edilib

Bu il keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlərin siyahısı təsdiq edilib
# 04 mart 2016 12:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2016-cı ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının təsdiqi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin razılıq məktubunu, AMEA-nın, Daxili İşlər Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəylərini və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təkliflərini nəzərə alınaraq əmrlə Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2016-cı ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı təsdiq edilib.

Əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə 2016-cı ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etmək, beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi ali təhsil müəssisələrinin 2016-cı ilə təsdiq olunmuş büdcə üzrə xərclər smetasının və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının müvafiq xərc yarım maddəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsini, 2016-cı ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların nəticələri barədə (hər bir konfrans keçirildikdən 3 gün sonra) Təhsil Nazirliyinə hesabat təqdim etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR