Bu tədris ilində Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı təşkilati işlər görüləcək

Bu tədris ilində Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı təşkilati işlər görüləcək
# 16 sentyabr 2014 15:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi yeni tədris ilində ümumi təhsil sahəsində həyata keçiriləcək islahatlar barədə məlumat açıqlayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Bakı şəhərinin seçilmiş məktəblərində pilot qaydasında məktəbə hazırlıq təhsilinin, respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydalarının təkmilləşdirilmiş variantının hazırlanıb təsdiq edilməsi, rusdilli məktəblərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisi vəziyyətinin monitorinqinin aparılması belə tədbirlərdəndir.

Cari dərs ilində şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində zəruri tədbirlərin planlaşdırılıb həyata keçirilməsi, onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinin yaxşılaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı iş aparılacaq.

Qeyd olunub ki, şagirdlərin ibtidai təhsil səviyyəsindən sonrakı səviyyəyə keçidinin diferensiallaşdırma əsasında aparılması üzrə təkliflərin müəyyənləşdirilməsi, habelə 12 illik təhsilə keçidlə bağlı müvafiq mexanizmlərin və təşkilati işlərin görülməsi üzrə təkliflərin hazırlanması bu tədris ilində reallaşdırılması nəzərdə tutulan məsələlərdəndir. Ümumtəhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunacaq.


Məlumata görə, yeni tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Azərbaycanın 6 ümumi təhsil məktəbinin 15 sinfində pilot olaraq “Sağlam təhsil sinfi” fəaliyyət göstərir. 2015-2016-cı tədris ilindən ölkənin 50-dək ümumi təhsil müəssisəsində yeni tipli valideyn-müəllim komitəsinin formalaşdırılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR