CTBTO Azərbaycan Milli Məlumat Mərkəzinin elmi-texniki bazası gücləndirilir

CTBTO Azərbaycan Milli Məlumat Mərkəzinin elmi-texniki bazası gücləndirilir
# 16 avqust 2013 16:40 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Haqqında Müqavilə Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin elmi-texniki bazası gücləndirilir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mərkəz rəhbərinin müavini, geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayev bildirib ki, AMEA-nın Geologiya İnstitutunda yerləşən CTBTO-nun Azərbaycan Milli Məlumat Mərkəzinə ABŞ istehsalı olan “Lenovo Thinkstation” və “IBM” markalı avadanlıqlar sistemi alınıb. Yeni elektron sistemin mərkəzdə geofiziki məlumatların təhlili üçün imkanları genişləndirəcək. Bu isə CTBTO-nun Avstriyanın Paytaxtı Vyanada yerləşən mərkəzi ofisi ilə əlaqəni texniki baxımdan daha da sürətləndirəcək.

O deyib ki, yeni sistemin dəyəri 24 min avrodan çoxdur: “Hazırda sistem CTBTO-nun mərkəzi ofisinin mütəxəssisi Dale Roblin tərəfindən quraşdırılır. Sistemin quraşdırılması mərhələ şəkilində həyata keçirilir, beynəlxalq şəbəkəyə bağlantısı yaxın ayda CTBTO-nun digər qrupu tərəfindən təmin ediləcək”.

Qeyd edək ki, 2003-cü ildə yaradılan Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəri AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirovdur

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR