Deputat  Novruz Aslanov İvanovkada olub - FOTO

Deputat  Novruz Aslanov İvanovkada olub - <span style="color: red;">FOTO
# 24 sentyabr 2014 07:57 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov sentyabrın 23-də İsmayıllı rayonuna növbəti səfərini edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, İsmayıllı rayonunun İvanovka kəndində seçicilərini qəbul edən deputat onların problemləri ilə maraqlanıb. Əsasən sosial yönümlü məsələlər barədə millət vəkilinə müraciətlər olub. Hər bir müraciəti diqqətlə dinləyən millət vəkili onlara köməkliyin göstərilməsi üçün müvafiq addımların atılacağını bildirib. Belə görüşlər digər kəndlərdə də təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR