DİN yeni dərs ilinin açılması ilə əlaqədar təhlükəsizlik ayı keçirir

DİN yeni dərs ilinin açılması ilə əlaqədar təhlükəsizlik ayı keçirir
# 09 sentyabr 2014 15:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) təhlükəsizlik ayı keçirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar 2014-cü il sentyabr ayının 10-dan, oktyabr ayının 10-dək respublika ərazisində «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.

DİN rəhbərliyinin müvafiq göstərişinə əsasən, uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinin aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və digər tədbirlərin həyata keçirilməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR