Dövlət Gömrük Komitəsi “Ebola” virusu ilə əlaqədar sərhəddə vəziyyəti nəzarətdə saxlayır

Dövlət Gömrük Komitəsi “Ebola” virusu ilə əlaqədar sərhəddə vəziyyəti nəzarətdə saxlayır
# 02 sentyabr 2014 13:48 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycan sərhədində "Ebola" virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət nəzarət altındadır.

APA-Economics”in məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, komitənin həkim əməkdaşları Səhiyyə Nazirliyindən alınan təlimata uyğun olaraq hərəkət edir.

“Səhiyyə Nazirliyindən alınan təlimata uyğun olaraq, vəziyyəti nəzarət altında saxlamaq üçün sərhəddə DGK-nın həkim əməkdaşları çalışırlar. Gömrük Komitəsinin əməkdaşları öz işlərini yerinə yetirirlər və təlimata uyğun olaraq, sərhədi keçən əcnəbi vətəndaşlar barədə Səhiyyə Nazirliyinə məlumat verirlər”-deyə A.Əliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR