Dövlət Gömrük Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edəcək
# 23 sentyabr 2013 11:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 27-də saat 11:00-da Biləsuvar Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Biləsuvar, Cəlilabad, Salyan, Neftçala rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR