Dövlət Komitəsi: Bakı şəhərində saxta məktəbli formaları satılır

Dövlət Komitəsi: Bakı şəhərində saxta məktəbli formaları satılır
# 01 avqust 2013 09:57 (UTC +04:00)

Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, komitənin “Qaynar xətt”inə məktəbli formalarının keyfiyyətinin aşağı olduğu, standartlara uyğun olmadığı iddiaları ilə məktublar və müraciətlər daxil olmaqdadır.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhərinin bir neçə ünvanında kontrafakt məktəbli formaları, əmtəə nişanlarının saxtalaşdırılması yolu ilə haqsız rəqabətə şərait yaradan müəssisələrin məhsulları satılmaqdadır. Komitə tərəfindən bu məhsulların Çin Xalq Respublikasından idxal olunduğu, keyfiyyətin aşağı olduğu, təhlükəsizlik göstəricilərinin standarta uyğun olmadığı bildirilir.

Mövcud vəziyyəti araşdırmaq məqsədilə avqustun 2-də komitə KİV təmsilçilərinin iştirakı ilə dövlət nəzarəti tədbiri həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR