Dövlət komitəsi uşaqları internetin zərərlərindən qorumaq üçün təkliflər hazırlayır

Dövlət komitəsi uşaqları internetin zərərlərindən qorumaq üçün təkliflər hazırlayır
# 06 iyun 2013 09:06 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internet təhlükəsizliyi ilə bağlı təkliflər hazırlayır”. APA-nın məlumatına görə, bunu “İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığının və hüquq pozuntularının aradan qaldırılması üçün proqramların hazırlanmasına beynəlxalq dəstək” mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O bildirib ki, uşaqların internet-klublara, eləcə də uşaqların erkən yaşda nikaha cəlb edilməsi ciddi problemdir: “İnternet təhlükəsizliyi ilə bağlı monitorinqlər keçirilib. Toplanan materialların araşdırılması aparılır. Bu araşdırmanın nəticələri əsasında təkliflər hazırlanacaq. Dövlət komitəsi bu sahədə Türkiyə təcrübəsini də öyrənir. Komitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bu sahədə əməkdaşlıq edir”.


A. Sofiyeva qeyd edib ki, bəzən QHT-lər uşaq hüquqlarının müdafiəsi ilə bağlı qrantlar alır, ancaq bu maliyyəni səmərəli xərcləmir, yerli icra qurumları ilə əməkdaşlıq etmirlər: “Uşaqlar üçün reabilitasiya mərkəzlərinin yaradılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlər görülür. Yaxın vaxtlarda ilk belə mərkəz açılacaq”.

A. Sofiyeva valideyn məsuliyyətinin artırılması ilə bağlı hazırlanan qanun layihəsində vacib məqamların olduğunu da vurğulayıb: “Məsələn, uşaq küçədə aşkar edilir, Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının xətti ilə ailəsinə qaytarılır. Sabah yenə də həmin uşağın küçə həyatı yaşadığı məlum olur. Layihədə belə valideynlərə qarşı cərimələr, inzibati tədbirlər nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR