Dövlət Sosial Müdafiə Fondunun sədri Oğuzda vətəndaşlarla görüşəcək

Dövlət Sosial Müdafiə Fondunun sədri Oğuzda vətəndaşlarla görüşəcək
# 23 avqust 2013 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov vətəndaşlarla regional görüş keçirəcək.

DSMF-dən «APA-Economics»ə verilən məlumata görə, S.Müslümov avqustun 26-da, saat 10:00-da Fondun Oğuz rayon şöbəsinin inzibati binasında Şəki və Mingəçevir şəhərləri, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR