Dövlət Statistika Komitəsində «Açıq qapı» günü keçiriləcək

Dövlət Statistika Komitəsində «Açıq qapı» günü keçiriləcək
# 19 iyun 2013 13:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 21-də Azərbaycan Dövlət Statistika Komitəsində (DSK) «Açıq qapı» günü keçiriləcək.

«APA-Economics»in DSK-yə istinadən verdiyi məlumata görə, Komitənin məlumatların yayılması şöbəsi və Aparatın sahə şöbələri tərəfindən məlumat istifadəçilərinin statistik informasiya ilə təmin olunması məqsədilə iyunun 21-də saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək istisna olmaqla) «Açıq qapı» günü keçiriləcək.

«Açıq qapı» günü çərçivəsində ictimaiyyəti, eləcə də KİV nümayəndələrini maraqlandıran suallar Komitənin mütəxəssisləri tərəfindən cavablandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR