Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edib
# 04 iyul 2014 08:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Qəbələ şəhərində vətəndaşların qəbulunu keçirib.

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qəbulda İsmayıllı, Şamaxı və Ağsu rayonlarından olan 40-dan çox vətəndaşın şikayət və təklifi dinlənilib.

Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, mülkiyyətçilər arasında torpaq-sərhəd mübahisəsi, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verildiyi, yerli aqrar islahat komissiyasının qərarı ilə paylarına daxil edilmiş bağ kimi istifadə etdikləri, lakin dövlət meşə fonduna aid torpaq sahələrinin özəlləşdirilməsi barədə müraciətlər ediblər.

Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə komitəyə aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə qəbul günü yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb.

Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri aidiyyatı qurumlara ünvanlanıb. Bu barədə öz səlahiyyətlərinə aid işlərin qısa müddətdə icrası məqsədi ilə Komitənin aidiyyəti rayon və şəhər şöbələrinə də rəsmi qaydada tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR