DSMF sədri Oğuzda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları ilə görüşəcək

DSMF sədri Oğuzda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları ilə görüşəcək
# 19 avqust 2013 08:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fondun Oğuz rayon şöbəsinin inzibati binasında Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fondun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul avqustun 26-da saat 10:00-da keçiriləcək. DSMF rəhbərinin qəbulda iştirak edəcək vətəndaşların avqustun 26-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Oğuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.

Qeyd edək ki, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34,

Şəki şəhər şöbəsində (024) 244-89-20,

Mingəçevir şəhər şöbəsində (024) 274-26-62,

Balakən rayon şöbəsində (024) 295-32-17,

Qax rayon şöbəsində (024) 255-22-44,

Zaqatala rayon şöbəsində (024) 225-68-88,

Oğuz rayon şöbəsində (024) 215-34-73,

Qəbələ rayon şöbəsində (024) 205-06-99.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR