DSX-də Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTOSESSİYA

DSX-də Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2015 10:03 (UTC +04:00)

Bakı-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

DSX-in mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, şəxsi heyət əvvəlcə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Təbliğat və Məlumatlandırma Kompaniyası çərçivəsində nəşr edilmiş “Xocalıya Ədalət!” üç cildlik kitabı və təbliğat vasitələri ilə tanış olub.

Tədbirin rəsmi hissəsi faciənin günahsız qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə vurğulanıb ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinistləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilib. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaq­ların­dan sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik «böyük Ermənistan dövləti» yaratmaq olub. Xocalı soyqırımı da bu aqressiv və cinayətkar siyasətin davamıdır.

Tədbirdə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları barədə geniş məlumat verilib.

Anım mərasimi Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR