Əli Əhmədov: “Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb”

Əli Əhmədov: “Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb”
# 12 sentyabr 2014 09:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics.  Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar intensiv dəyərləndirmələr aparılır, ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir.

 

APA-Economics”in xəbərinə görə, bunu Baş nazirin müavini Əli Əhmədovun "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, eyni zamanda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar zəruri normativ sənədlərin hazırlanması üzərində də iş gedir.

 

“Dünya Bankının nümayəndələri ilə birgə layihələr qarşıya qoyulan vəzifəyə çatmaqda bizə zəruri kömək göstərir. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb və yaxın zamanlarda biz bunun şahidi olacağımıza ümid edə bilərik” - deyə o vurğulayıb.

 

İcbari tibbi sığortaya keçidin və xüsusilə də yeni sistemin tam fəaliyyətə başlamasının asan olmayacağını deyən Ə. Əhmədov bildirib ki, qarşıda çox ciddi islahatlar dayanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR