Əli Həsənov: “Azərbaycan dövləti həm gənc nəslə etibar edir, həm də gənclərin təkliflərini strategiyalara çevirir” - VİDEO

Əli Həsənov: “Azərbaycan dövləti həm gənc nəslə etibar edir, həm də gənclərin təkliflərini strategiyalara çevirir” - <span style="color: red;">VİDEO
# 05 fevral 2015 13:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu gün yürüdülən gənclər siyasətinin ümummilli lider Heydər Əliyev tərəfindən əsasının qoyulmasından bizi 20 il ayırır. 1995-ci ildə ilk Gənclər Forumu keçirilib və gənclər siyasətinin təməli qoyulub, 1997-ci ildə isə 2 Fevral - Gənclər günü elan edilib. 25 oktyabr 2011-ci ildə isə prezident İlham Əliyevin iştirakı ilə 6-cı Gənclər Forumu keçirilib. Əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na həsr olunmuş iclasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Gənclər siyasəti bu sahədə qəbul edilən proqramlardan, Gənclər Fondunun yaradılmasından söz açan Ə. Həsənov ötən dövrdə Gənclər Fondu tərəfindən 1865 layihəyə dəstək verildiyini, 608 gənclər təşkilatının, 1197 fərdi gəncin layihəsinə maliyyə ayrıldığını qeyd edib: “Yaxın vaxtlarda gənclər mərkəzlərinin sayı 50-ni keçəcək. Bu gün iclasında iştirak etdiyimiz İctimai Şuranın toplantısı göstərir ki, dövlətimiz gənclər siyasətini bilavasitə gənclərin iştirakı ilə formalaşdırılır. Azərbaycan dövləti həm gənc nəslə etibar edir, qayğıları ilə məşğul olur, həm də gənclərin təkliflərini strategiyalara çevirir. Prezident dəfələrlə bəyan edib ki, siyasətimiz vətəndaşlara xidmət, onların problemlərinin həlli üzərində qurulub. Bu siyasətin mərkəzində insan amili durursa, bunun da əsasında gənclər dayanır. Heç bir Azərbaycan vətəndaşı demir ki, valideynləri, dostları üçün yaşayıram, deyir ki, övladları üçün yaşayır. Dövlətin gənclər siyasəti də bu əsasda qurulub”.

Ə. Həsənov gəncləri Strategiyanı təhlil etməyə çağırıb: “Bu gün burada yaxşı təkliflər səsləndi. Əminəm ki, bu təkliflər əsasında fəaliyyət planları hazırlanacaq və 10 il sonra yeni Strategiya qəbul edərkən bu Strategiyanın uğurla həyata keçdiyini qeyd edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR