Əlilliyə görə pensiyalar da avtomatik təyin olunacaq

Əlilliyə görə pensiyalar da avtomatik təyin olunacaq
# 23 noyabr 2012 12:04 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar da avtomatik təyin olunacaq.

«APA-Economics»ə bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, bunun üçün müvafiq orqanların məlumat bazası formalaşmalı və DSMF-nin o bazalara çıxışı olmalıdır. Belə ki, əlilliyə görə pensiya təminatının avtomatik təyin olunması üçün DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspertiza mərkəzlərinin avtomatlaşdırılmış məlumat bazasına çıxışı olmalıdır: «Bu onun üçün lazımdır ki, müraciət edən şəxsin həqiqətən hansısa tarixdən əlillik alması barədə məlumatı avtomatik əldə edək».

Ailə başçısını itirməyə görə pensiyaların təyinatı üçün isə oxşar məlumat bazası Ədliyyə Nazirliyinin vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarələrində yaradılmalıdır ki, DSMF pensiya üçün müraciət edən ailənin başçısının nə vaxt vəfat etdiyi və onun öhdəsində olan şəxslərin sayı barədə dəqiq məlumat ala bilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR