Elmin İnkişafı Fondu növbəti 3-cü “Mobillik qrantı” müsabiqəsini elan edib

Elmin İnkişafı Fondu növbəti 3-cü “Mobillik qrantı” müsabiqəsini elan edib
# 02 sentyabr 2013 16:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2013-cü il üçün növbəti 3-cü “Mobillik qrantı” müsabiqəsini elan edib. EİF-in icraçı direksiyasından APA-ya verilən xəbərə görə, müsabiqə ölkə alimlərinin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə (beynəlxalq və regional konfrans, simpozium və seminarlarda) şifahi məruzələrlə çıxış etmək, ixtisasartırma məqsədilə qısamüddətli təcrübə keçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni elmi əlaqələrin qurulması imkanı yaratmaq məqsədi ilə təşkil olunur.

Maliyyə həcmli 10 min manatadək olan qrantların verilməsini nəzərdə tutan cari müsabiqənin maliyyələşdirilməsinin cəmi həcmi 100 000 (yüz min) manat nəzərdə tutulub. Cari müsabiqəyə 1 dekabr 2013-cü il – 30 mart 2014-cü il tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübə proqramlarında (bir ayadək) iştirak etmək istəyən şəxslərin ərizələri 3 sentyabr – 4 oktyabr 2013-cü il tarixlərini əhatə edən müddətdə qəbul olunur. 3-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələrinin oktyabr ayının sonunda açıqlanması planlaşdırılır.

Qeyd edək ki, “Mobillik qrantı” 2013-cü ilin əvvəlində təsis edilib və artıq iki müsabiqə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR