Elsevər Ağayev: "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə hazırlıq işləri gedir"

Elsevər Ağayev: "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə hazırlıq işləri gedir"
# 25 sentyabr 2014 10:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.


O bildirib ki, icbari tibbi sığorta əvvəl pilot şəkildə həyata keçiriləcək, sonra isə bütün respublikanı əhatə edəcək: "Yaxın zamanlarda bunu tətbiq edəcəyik. Bəzi ölkələrdə bunun tətbiqi əvvəlcə problemlə qarşılanıb. Bəzilərində isə tətbiq edildikdən sonra imtina edilib. Bütün bunları nəzərə alaraq biz bu işə elə başlamaq istəyirik ki, sonradan problemlə üzləşməyək. Biz artıq uyğun modeli seçdiyimizi düşünürük. Qanunvericilik bazası da hazırdır".

Nazir müavini, ailə həkimi məsələsinə də toxunub və Azərbaycanda bu təcrübənin olduğunu bildirib: "Artıq bir neçə ildir ki, Azərbaycanda ailə həkimi hazırlanır. Gələcəkdə bu iş daha geniş vüsət alacaq. Xüsusən də tibbi sığorta tətbiq edildikdən sonra ailə həkimləri öz funksiyasını daha yaxşı göstərəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR