Əmək və əhalinin sosial müdafiəsi naziri Gəncədə vətəndaşları qəbul edib - FOTO - VİDEO

Əmək və əhalinin sosial müdafiəsi naziri Gəncədə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 sentyabr 2014 09:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Gəncə şəhəri və daha 5 rayonun sakinləri ilə görüşüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, S. Müslümov görüşdə Gəncə, Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib.

Müraciətlər əsasən ayrı-ayrı təminat növləri, habelə minik avtomobili və mənzil, reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı, əlilliyi olan şəxslərin bərpa-müalicəsi və digər məsələləri əhatə edib. Ümumilikdə, müraciətlər arasında əlilliyin təyinatı, ünvanlı dövlət sosial yardımı ilə bağlı məsələlər azlıq təşkil edib. S. Müslümov müraciətlərin qısa müddətdə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi barədə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.

Dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbəyə yazılmaqla əlaqədar müraciət edən vətəndaşlara bununla bağlı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq tibbi göstəriş almalı olduqları bildirilib. Nəzərə çatdırılıb ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə xüsusi nəqliyyat vasitəsinə tibbi göstərişin verilməsi üçün “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də müəyyən olunan hallar ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölməsinin “Avtomobillərlə təminat” alt bölümündə təqdim olunur.

Qəbulda S. Müslümov müraciətlərinə əsasən, ayrı-ayrı əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri, habelə Nazirliyin bərpa-müalicə müəssisələrinə göndərişlə, tənha ahıl vətəndaşların sosial xidmətlərlə təmin olunması, bir sıra şəxslərin ailələrinin ünvanlı yardım almaq hüququna baxılması barədə göstərişlər verib: “Biz hazırda ölkədə qabaqcıl Avropa təcrübəsi əsasında sosial reabilitasiya yönümlü xidmətlər sisteminin yaradılması işlərini aparırıq. Eyni zamanda, bərpa-müalicə mərkəzlərinin əsaslı təmir edilərək müasir tələblərə uyğun qurulması və bərpa-müalicə şəbəkəsinin bütün bölgələr üzrə genişləndirilməsi üçün müvafiq işləri görürük”, - deyə o vurğulayıb.

Qəbul zamanı məşğulluq məsələləri ilə əlaqədar müraciət etmiş şəxslərin bir qisminin özlərinin və ya ailə üzvlərinin işlə təmin olunması məsələləri elə yerindəcə həllini tapıb. Bununla bağlı müraciət etmiş digər şəxslərin də qısa vaxt ərzində məşğulluqlarının təmin olunmasına kömək göstərilməsi, eləcə də son vaxtlar ölkənin bütün bölgələrində geniş vüsət alan aktiv məşğulluq tədbirlərində ilk növbədə işsiz kimi qeydiyyata alınmış şəxslərin iştirakının təmin olunması tapşırılıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR