ETSN: Badamdardakı sürüşmə zonasının sakinləri tezliklə köçürülməlidirlər - VİDEO

ETSN: Badamdardakı sürüşmə zonasının sakinləri tezliklə köçürülməlidirlər - <span style="color: red;">VİDEO
# 06 mart 2013 15:20 (UTC +04:00)

APA TV-nin məlumatına görə, Bakının əsas sürüşmə zonası sayılan Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən ərazi və Bayıl qəsəbəsində təhlükə daha ciddidir. Sonuncu dəfə fevralın 25-də səhər saat 5 radələrində qaya parçalarından qopan daşlar evlərin üzərinə yuvarlanıb. Sakinlər yağışlı havaların davam edəcəyi halda digər qaya parçalarının da evlərinə düşəcəyindən narahatdırlar. Amma bu ərazidəki evlərin sakinləri mənzillərinin heç bir sənədi olmadığı üçün məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edə bilmədiklərini deyiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə rəisi Bəxtiyar Qaralov APA TV-yə açıqlamasında bildirib ki, hazırda paytaxtın Əhmədli, Zığ şosesi, Masazır gölü, Qaraçuxur, Bayıl yamacı ərazisindəki sürüşmə zonalarında aktivləşmə var. O, Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən yolda vəziyyətin kritik olduğunu və oradakı sakinlərin tezliklə köçürülməsinin vacibliyini qeyd edib: “Adıçəkilən ünvanda baş verən sonuncu uçqun hadisəsindən dərhal sonra əraziyə mütəxəssislər baxış keçirib və oradakı sakinlərin evakuasiyası məqsədəuyğun hesab olunub. Bu barədə təkliflər planı hazırlanaraq, Nazirlər Kabinetinə təqdim edilib”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlizadə isə APA TV-yə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təkliflərinə baxıldıqdan sonra yekun qərarın açıqlanacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR